Müsavat Partiyası “Antiböhran koalisiyası”nın təklifini qəbul etməyib

 Gülağa Aslanlı

“Müsavat Partiyası “Antiböhran koalisiyası”nın təşkil etdiyi tədbirlərdə iştirak etməyəcək”.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı report.az-a açıqlamasında deyib ki, bu barədə qərar Müsavatın bu gün keçirilən Divan iclasında qəbul olunub:

“Koalisiyanın tədbirlərində iştirak etməyi məqsədəuyğun hesab etmirik”.

Qeyd edək ki, “Antiböhran koalisiyası” ölkədə baş verən ictimai-siyasi məsələlərin müzakirəsi üçün Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP), Müsavat Partiyasına və hakim Yeni Azərbaycan Partiyasına (YAP) dəvət göndərib.

Xatırladaq ki, bir qrup partiya sədrinin təşkilatçılığı ilə “Antiböhran koalisiyası” yaradılıb. Koalisiyaya Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası (GAP), Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası (DBP), Vətəndaş və İnkişaf Partiyası (VİP) və “Ağ blok” hərəkatı daxildir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button