Müsavat Partiyası: Bu, opponentsiz məhkəmə sistemi qurmaqdır

Xural.com turan.az-a istinadən xəbər verir ki, Müsavat Partiyası tanınmış vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılmasını pisləyən bəyanat yayıb.

“Siyasi məhbusların əsas müdafiəçilərindən biri kimi tanınan Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılması hakimiyyətin ölkədə opponentsiz məhkəmə sistemi qurulması istiqamətində uzun illər apardığı siyasətin davamıdır”, sənəddə vəkilin qurumdan çıxarılması belə dəyərləndirilir.

Müsavat Patriyası yaydığı bəyanatda hakimiyyətin bu addımını ədalət mühakiməsi sisteminin tamamilə aradan qaldırımasına yönəlmiş daha bir addım hesab edir.

Xatırladaq ki, noyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib. Həmin iclasda bir neçə müstəqil vəkilin məsələsinə baxılıb və Y.İmanovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar verilıib, Kollegiyadan azad olunması üçün məhkəməyə müraciət edilib.

Y.İmanov qanunvericiliyin heç bir bəndini pozmadığını deyərək, bu addımın sırf vəkillik fəaliyyətilə bağlı olduğunu bildirib.

Y.İmanov siyasi məhbus kateqoriyasından olan şəxslərin məhkəmə proseslərinə vəkil kimi çıxırdı. “Nardaran işi” ilə bağlı 20 gün həbs cəzası alan Abbas Hüseynə saxlandığı cəzaçəkmə müəssisəsində verilən işgəncələri bu ilin avqustunda ictmailəşdirdikdən sonra Penitensiar Xidmət vəkilin fəaliyyətini “ictimai sabitliyi pozmağa yönələn addım” sayaraq Kollegiyaya “ölçü götürülməsilə” bağlı müraciət edib.

Qeyd edək ki, bu, müstəqil vəkillərlə bağlı yeganə hadisə deyil,buna qədər vəkillər Əlayif Həsənov, Xalid Bağırov, Elçin Namazov və s. belə cəza tədbirlərilə üzləşiblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button