Mustafa Hacıbəyli Müsavatın qərargahından naməlum istiqamətdə aparıldı – Yenilənib

Musavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlının “Basta” ya verdiyi məlumata görə,  Mustafa Hacıbəylini Musavat Partiyasının qərargahından 5 nəfər mülki geyimli şəxs aparıb.

Məlumata görə  Mustafa Hacıbəylini 10 MP 107 dövlət nömrə nişanlı maşınla naməlum istiqamətdə aparıblar.

13: 44

***

Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri, Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli polis bölməsinə çağırılıb.

Bu barədə “Basta” ya məlumat verən Mustafa Hacıbəyli bildirib ki, onun evinə zəng edərək soruşublar.

“İndicə mənə də zəng vurdular, bölməyə gəlməyimi bildirdilər. Saat 2 üçün rəis gözləyir dedilər. Çağırılma səbəbini izah etmədilər.” -Mustafa Hacıbəyli əlavə edib.

Mustafa Hacıbəyli hesab edir ki, polis bölməsinə çağırılması real müxalifət qüvvələrinin Martın 10-na təyin etdiyi “Ümumxalq mitinqi” ilə əlaqədardır.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button