Müşviq Mədətov: “26 saatdır məni ac və yuxusuz saxlayırlar”

“Mən cinayətin qurbanıyam. Amma faktiki olaraq həbs altındayam. Bu nə biabırçılıqdır? Mən və Vəli Vəliyev ifadə verdik, edilən hücumdan danışdıq. Ancaq bizi hələ də evə buraxmırlar. Biz nədə təqsirkarıq? Günün günorta çağı bizə hücum etdilər, bıçaqladılar və üstəlik bizim özümüzü həbs etdilər”, – deyə dünən xuliqanların hücumuna məruz qalan Müşviq Mədətov bir az əvvəl virtualaz.org-un axşam növbətçisinə zəng vuraraq həyəcanlı səslə bildirib.

“Mən xəstə insanam, şəkərim var. Amma bizə heç yemək də vermirlər. Mən anlaya bilmirəm – bizi nə üçün həbs ediblər?”, – deyə Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı hiddətlə vurğulayıb.

M.Mədətovun sözlərinə görə, Sabail Rayon Polis İdarəsinin rəisi bildirib ki, onları yalnız rəhbərliyin zəngindən sonra azad edəcəklər.

Xatırladaq, M.Mədətov dünən dələduzların hücumunun qurbanı olub, hansılar ki, ona bir neçə bıçaq zərbəsi vurublar. Məişət münaqişəsi sonradan dramatik şəkil alıb – həmin dələduzlar polislərə atəş açıblar, Sabail Rayon Polis İdarəsinin rəis müavini Orxan Axundzadə yaralanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button