Muxtarlının həyat yoldaşı istintaqa yeni faktlar təqdim edib

Leyla Mustafayeva uzun müddət ərzində Əfqanı izləyənlərin şəkillərini polisə verib

Jurnalist Əfqan Muxatarlının həyat yoldaşı Leyla Mustafayeva 3 saat Tbilisi Polis İdarəsində ifadə verib.
Jurnalistlərə açıqlamasında Mustafayeva bildirib ki, söhbət onun əldə etdiyi yeni sübutlar barədə olub. Belə ki, Əfqan Muxtarlının şəkil albomunda oğurlanmasından bir neçə gün əvvəl onu izləyən adamların şəkli var. Bu adamlar azərbaycanlıdır.
Əfqan Muxtarlının həyat yoldaşının sözlərinə görə, istintaq xeyli əvvəl onları müəyyənləşdirə bilərdi.
“Polisə Əfqanı izləyən 3 nəfərin şəklini verdim. Daha bir adam teleşirkətlərin birinin süjetindən əks olunub. O, əvvəl Daşqını, daha sonra Əfqanı izləyib. Polis onların şəxsiyyətin müəyyən edə bilərdi, amma etməyib. Şəkildə Azərbaycan vətəndaşları görünür”, – deyə Leyla Mustafayeva bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button