Nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

“Azəryolservis” ASC04.05.2015

Xural.com AzərTAG-a istinadən xəbər verir ki, mayın 4-də Bakı Dairəvi yolunun Lökbatan dairəsindən şəhər istiqamətinə olan hissəsində “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, işarələnmə işləri saat 11:00-dən axşam saat 17:00-dək davam edəcək. Həmin müddətdə yolun bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC “Bakı-2015” ilk Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən başlayıb. İşlərin 20 gün müddətində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında sarı xətt, asfalt üzərində isə Bakı Avropa Oyunlarının loqotipinin təsviri çəkilir.

“Oyunlar zolağı”na Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti bütünlüklə məhdudlaşdırılacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button