Nərgizi son mənzilə yola salan Tofiq Yaqublu həbsxanaya qayıdıb – FOTOLAR

Tofiq Yaqublu201.04.2015

Müsavat başqanının müavini Tofiq Yaqublu bu gün həbsxanaya qayıdıb

Qızı Nərgiz Yaqublunun vaxtsız ölümü ilə əlaqədar 7 günlük azadlığa buraxılan Musavat başqanınln müavini T. Yaqubluya verilən izn müdəti bu gün başa çatıb. T. Yaqublu günorta saatlarında Qaradağ rayonundakı 13 saylı Cəzaçəkmə müəssisəsinə aparılıb.

Qeyd edək ki, Tofiq Yaqubluya  İsmayıllı şəhərində iğtişaşların təşkili ittihamı irəli sürülüb və o, məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Tofiq Yaqublu müvəqqəti azadlığa buraxıldığı müddətdə ölkəmizin bir sıra siyasi qurumları, tanınmış ictimai-siyasi xadimlər onun əfv edilməsi üçün ölkə prezidentinə müraciət ediblər. Parlamentin son iclasında  bəzi deputatlar da başqan müavininin azad edilməsinin vacibliyini vurğulayıblar.Milli Məclisin son iclasında çıxışında T.Yaqublunun azadlığa buraxılması məsələsinə toxunan hakimiyyətyönlü deputat Zahid Oruc Azərbaycan hakimiyyətinin belə anlarda daim humanist mövqe sərgilədiyini bildirib: “Parlamentdə bu məsələyə toxundum. Qeyd etdim ki, Azərbaycan dövləti indiyə qədər siyasi mənsubiyyətindən asılı olmayaraq, bir çox insanlara, xüsusilə həyatlarında müxtəlif faciələr yaşayan insanlara qarşı humanizm mövqeyini nümayiş etdirib. Bu siyasətin xarakterinə güvənərək, eyni zamanda həbsinin milli cinayət olmadığını, gənc övladının itkisinin ağır faciə olduğunu, azadlıqda olmasının yüngülləşdirici amil olacağını qeyd edərək, bildirdim ki, Tofiq Yaqublu əfv ediləcək. Paralel şəkildə onu da qeyd etmək lazımdır ki, hər bir bu cür əfv amnistiyadan fərqli olaraq, müstəsna qaydada dövlət başçısının səlahiyyətindədir. Həm də hüquqi prosedurlara tabedir.

Bildiyimiz qədər bir neçə təşkilat Tofiq Yaqublunun azad olunması üçün prezidentə müraciət edib. Bunlar çox önəmlidir. Bu məsələnin dəyərləndirilməsi üçün yəqin ki, müraciətlər Əfv Komissiyasında da var. Ölkə başçısı hər zaman konstitusiyanın verdiyi hüquqlardan istifadə edərək, siyasi baxışlarından asılı olmayaraq, müalicəyə ehtiyacı olan, başqa ciddi problemləri olan şəxslərə humanizm mövqeyi sərgiləyib.
Düşünürəm ki, Tofiq Yaqublunun əfvi həqiqətən də onun yaşadığı ailə dramını dövlətə qarşı çevirənlərə əfvin necə olacağını göstərəcək. Bəlkə onun özünə, dünyagörüşünə də təsir göstərərdi. Onun ailəsinin gələcəyi üçün təskinlik nümunəsinə də çevrilərdi. Bu baxımdan parlament üzvü olaraq, Tofiq Yaqublunun əfv edilməsinə tərəfdar olduğumu bildirmişdim”.

Qeyd edək ki, Beynəlxalq hüquq təşkilatları da Tofiq Yaqublunu “vicdan məhbusu” elan edib və həbsinin siyasi fəaliyyətilə bağlı olduğunu dəfələrlə bəyan edib.

XuralTAC

Tofiq Yaqublu6 Tofiq Yaqublu7 Tofiq Yaqublu5 Tofiq Yaqublu4 Tofiq Yaqublu2 Tofiq Yaqublu Tofiq Yaqublu 1

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button