Nəcməddin Ərbakandan şok açıqlamalar

«Ərdoğanın hakimiyyətdə qalması yəhudilərin xeyrinədir!»

«Onlar mənim tələbələrimdir, bilirəm, Ərdoğan və Abdullah Gül beynəlxalq sionizmin casuslarıdır…»

Bu günlərdə Türkiyənin keçmiş baş nazirlərindən bağlanmış «Rifah» partiyasının sədri, hazırkı «Səadət» Partiyasının qurucusu Nəcməddin Ərbakan NTV-nin canlı yayınında jurnalistlərin suallarını cavablandırıb. Söhbətin böyük bir bölümü sionizm ideyaları üzərində qurulub. Nəcməddin Ərbakan sionizm və bu cərəyanın yürütdüyü siyasi yoldan danışarkən şok effekti yarada biləcək açıqlamalar verib.  O bildirib ki, hal-hazırkı Türkiyə hakimiyyəti də bilərəkdən və ya bilməyərəkdən bu oyunun, bu siyasətin hansısa bir fiquruna çevriliblər. O söyləyib ki, Rəcəb Tayyib Ərdoğan və Abdullah Gül billə-bilə Türkiyəyə xəyanət etməzlər, lakin bu siyasi yol ilə özləri də bilmədən irəliləyirlər. Onların mümkün qədər çox hakimiyyətdə qalması yəhudilərin xeyrinədir və bunun üçün yəhudilər çox böyük işlər görürlər.

Daha bir maraqlı məqam R.T.Ərdoğan ilə İsrailin baş naziri Şimon Peresin «Davos» zirvəsindəki söz savaşına Ərbakanın münasibəti olub. Onun dediyinə görə, Ərdoğan özü, kefi istəyir deyə, ya da öz siyasi fikrinə görə Pressə «Van minits» demirdi, əslində yəhudilərə belə lazımıydı, onlar belə istəyirdilər deyə Ərdoğan onu söyləyirdi. Ərbakan daha sonra bir az daha irəli gedərək söyləyib ki, «Ərdoğan və Gül cavanlıqda mənim yanıma yerləşdirilmişdilər və mən bu şeylər haqqında dəfələrlə onlarla söhbət etmişəm, xəbərdarlıq etmişəm, amma hər şeyə rəğmən, onlar mənim övladlarımdır və onları çox sevirəm, inanıram ki, onlar da məni eyni dərəcədə sevirlər.»

Göründüyü kimi, Ərbakanın bu fikirləri çox maraqlıdır və o da maraqlıdır ki, Ərdoğan və ya Gül müəllimlərinə cavab verəcəklərmi?
Sonda xatırladaq ki, R.T.Ərdoğan, A.Gül və hal-hazırkı Ədalət və İnkişaf partiyasının bir çox nüfuzlu simaları N.Ərbakanın başçılıq etdiyi keçmiş «Rifah» partiyasının üzvləri olmuş və hakimiyyətdə yüksək vəzifələr tutmuşlar…

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button