Nəqliyyatçılar və rabitəçilər keçən il nə qədər maaş alıblar

maas

Nəqliyyatçıların və rabitəçilərin 2015-ci ildəki orta əmək haqqı açıqlanıb

2015-ci ildə nəqliyyat müəssisələrində işləyən 73,0 min muzdlu işçinin 72,8 faizi dövlət, 27,2 faizi qeyri-dövlət müəssisələrində çalışıb. İşçilərin 54,2 faizi yerüstü və boru kəməri, 9,2 faizi su, 16,9 faizi hava nəqliyyatı, 19,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.


Xural.com Dövlət Statistika Komitsinə istinadən xəbər verir ki, 2014-cü illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 6,1 faiz artaraq 571,4 manat olub. Bu göstərici dəniz nəqliyyatında 1032,7 manat, hava nəqliyyatında 819,0 manat, boru kəməri nəqliyyatında 727,2 manat, metro nəqliyyatında 601,8 manat, avtomobil nəqliyyatında 512,1 manat, dəmir yolu nəqliyyatında isə 258,0 manat olub.

Əmək haqqı dəniz nəqliyyatında 33,9 faiz, hava nəqliyyatında 3,8 faiz, boru kəməri nəqliyyatında 3,1 faiz, avtomobil nəqliyyatında 1,7 faiz, dəmir yolu nəqliyyatında 0,4 faiz artıb, metro nəqliyyatında isə 1,9 faiz azalıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 1,9 faiz artaraq 748,8 manat olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button