Nardaran “Ağsaqqallar Şurası”nın sədri ifadə vermək üçün Baş Prokurorluğa aparıldı

natiq nardaran.jpg

Nardaran “Ağsaqqallar Şurası”nın sədri Natiq Kərimov bu gün Nardaranda qurulan postda saxlanılıb.

Bu barədə apa.az-a N.Kərimovun oğlu Kamran Kərimov məlumat verib. O bildirib ki, atası həkimə gedərkən polis postunda saxlanılıb. Onun hara aparıldığı hələlik məlum deyil.

Digər sakinlər isə N.Kərimovun polis bölməsinə aparıldığını bildiriblər. Bir qədər sonra Nardaran sakini Natiq Kərimovun saxlanılmasının səbəbləri məlum olub.

Hüquq-mühafizə orqanlarından apa.az-ya verilən məlumata görə, N.Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button