Nardaranda gecə nələr baş verib?

nardaran1-300x225
Nardaran qəsəbəsində vəziyyət dəyişməz olaraq qalır. Qəsəbənin giriş və çıxışı yenə ciddi nəzarətdədir.
Gecə saatlarından başlayaraq artıq yalnız qəsəbəyə daxil olan avtomobillər deyil, nəqliyyat vasitələrindəki sərnişinlərin sənədləri də yoxlanılır.
Həmçinin Nardaranda qeydiyyatda olmayan şəxslərin avtomobillərinin qəsəbəyə girişinə icazə verilmir.
Qəsəbədə elektrik enerjisi hələ də bərpa edilməyib. Xatırladaq ki, abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi ötən gündən dayandırılıb.
Kənd sakinləri hələ də meydanı tərk etməyiblər, tonqal yandıraraq ətrafına yığışıblar.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Trend-ə bildirib ki, hazırda meyitlər ekspertizadadır: “Hazırda istintaq aparılır. Meyitlərin noyabrın 28-də qaytarılacağı deyilib. Məsələni şişirtməyə ehtiyac yoxdur. Heç kəs bizə meyitlərin qaytarılmayacağını deməyib”.
N.Kərimov qeyd edib ki, heç kəs hadisələrin belə cərəyan etməsini istəməzdi: “Qarşıdurma zamanı həlak olmuş polislər də bizim qardaşlarımızdır. Hamımız azərbaycanlıyıq. Allah hamısına rəhmət eləsin! İstintaq gedir. İnanırıq ki, istintaqın yekununda günahkarlar öz cəzalarına çatacaqlar”.
Trend

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button