Nardaranda həlak olmuş sakinlərin meyitləri sabah qaytarılacaq
Ötən gün Nardaran hadisələri zamanı həlak olmuş qəsəbə sakinlərinin meyitləri sabah qaytarılacaq.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib ki, hazırda meyitlər ekspertizadadır: “Hazırda istintaq aparılır. Sabah meyitlərin qaytarılacağı deyilib”.
N.Kərimovun sözlərinə görə, məsələni şişirtməyə ehtiyac yoxdur: “Heç kəs bizə meyitlərin qaytarılmayacağını deməyib”. (Trend)
Nardaranda Polisin keçirdiyi əməliyyat zamanı ölənlərin nəşi kəndə gətirilir, yaxın bir saatda doğmalarına təhvil veriləcək.
Bu haqda AzadlıqRadiosunun əməkdaşı xəbər verir.
Gecəni İmam Hüseyn meydanında keçirən kəndlilər dağılışmayıblar. Onlar meydan yaxınlığındakı çadırda yığışıblar.
Ölənlər Babayev Əkbər Nazim oğlu, Səfərov Sarvan Şirvan oğlu, Bünyadov Rəfail Zeynalabdin oğlu və Abbas Hüseyndir.
Abbas Hüseyn xəstəxanada ölüb.