Nardaranda yeni əməliyyat, yoxsa təhlükəsizlik tədbirləri?

Nardaranda yeni əməliyyat, yoxsa təhlükəsizlik tədbirləri?

Dekabrın 1-də səhər tezdən Nardaranla bağlı həyəcanlı xəbərlər yayılmağa başlayıb. 
 
Musavat.com-un əməkdaşlarının verdiyi məlumata görə, bu gün səhər saatlarında daxili qoşunların maşınları, həmçinin hərbi maşınlar Nardaran-Maştağa istiqamətinə hərəkət edib. Maşın karvanında təcili tibbi yardım maşınlarının da olduğu bildirilir.

Hazırda Sabunçu körpüsündən Nardarana gedən yol tamamilə bağlanıb.

Kənd istiqamətində ancaq polis maşınları hərəkət edə bilir.
Qeyd edək ki, bu gün ölənlərin cənazəsi ailələrinə verilə bilər. Maşın karvanının da məhz Nardarana yollanmasının səbəbinin təhlükəsizlik tədbiri olduğu güman edilir.
Əməkdaşlarımız Naradarandakı mənbələri ilə əlaqə saxlamağa cəh edib, ancaq telefon bağlantısı alınmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button