Natiq Cəfərli azadlığa buraxıldı

Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərliazadlığa buraxılıb.

xural.com-un APA-ya istinadən məlumatına görə, bu barədə vəkili Cavad Cavadlı özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Nəsimi rayon məhkəməsi N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbirinin ləğvi barədə qərar verib.

N.Cəfərli özü isə APA-ya açıqlamasında bu qərarın Baş Prokurorluğun təqdimatı əsasında verildiyini qeyd edib.

“Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button