NATO generalı Rusiyanı ittiham etdi

Bridlav

NATO-nun Avropa üzrə baş komandanı, general Filip Bridilav Rusiyanı ittiham edib.

NATO kodmandiri qaçqın böhranını yaratmaqda Rusiyanın Suriya hökumətinə yardım etdiyini bildirib.

Generalın sözlərinə görə, son nəticədə bu böhrandan Avropaya qarşı silah kimi istifadə olunur:

«Aviazərbələrlə Suriya əhalisini qorxudurlar. İstədikləri də odur ki, insanlar təşvişə düşüb ölkədən qaçsınlar. Avropaya gələn qaçqınlar arasında terrorçular, cinayətkarlar, döyüşçülər var. Onlar da Avropa və ABŞ üçün ciddi təhlükə yaradır. 

Rusiya və Suriya problemi dərinləşdirməklə məşğuldur. Bəyanatlarına baxmayaraq, Rusiya İŞİD-ə qarşı mübarizədə çox az iş görür. Rusiyanın əsas işi Suriya prezidenti Bəşər Əsədin mövqelərini möhkəmləndirməkdir». 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button