NATO-nun baş katibi: “Əgər Türkiyəyə hücum olarsa…”

NATO-nun baş katibi: "Əgər Türkiyəyə hücum olarsa..."

NATO-nun Baş katibi Suriyadakı son durumu və Türkiyə ilə sərhəddəki gərginliyə münasibət bildirib.

Xural.com olke.az-a istinadən xəbər verir ki, alyansın Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi brifinqdə deyib:

“Türkiyənin gördüyü təhlükəsizlik tədbirləri haqda müttəfiqləri bilgiləndirilib. 2,5 milyondan çox qaçqına öz torpaqlarında sığınacaq verən Türkiyə Suriyadakı müharibədən ən çox əziyyət çəkən ölkələrdən biridir. Bundan əlavə NATO-nin İŞİD-lə mübarizəsində Türkiyənin rolu danılmazdır. NATO Türkiyədədir və qurumun üzvü kimi qoruma altındadır. Əgər Türkiyəyə hər hansı bir hücum olarsa, NATO hərtərəfli dəstək verməyə hazırdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button