Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutu açıldı

təzə avtobus

Fevralın 20-də Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutu fəaliyyətə başlayıb. İlk marşrut həmin gün saat 7:30-da Naxçıvan şəhər avtovağzalından yola düşüb.

xural.com azertag.az-a istinadən xəbər verir ki, avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə, Batumi şəhərinə hərəkət edəcək. Bir nəfər üçün gediş qiyməti 27 manatdır.

Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, nəqliyyat sektoru da dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Naxçıvan şəhərində, eləcə də rayon mərkəzlərində avtovağzallar, dövlət və yerli əhəmiyyətli avtomobil yolları yenidən qurulub, beynəlxalq avtobus reysləri və aviareyslər fəaliyyətə başlayıb. Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutunun fəaliyyətə başlaması da görülən tədbirlərin davamıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button