Naxçıvan nümayəndəliyi önündə mitinq keçiriləcək

Muxtar Respublikada baş verən özbaşınalıqlara son qoyulması tələb edilir

Bu gün (dekabrın 30-da) Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi önündə etiraz aksiyası keçiriləcək. Bu barədə redaksiyamıza Mitinq Komitəsinin  üzvi AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. A. Quliyev Muxtar Respublikada insan haqlarının mütəmadi olaraq pozulduğunu, müxalifət fəallarının daimi olaraq təqib edildiyini, sadə vətəndaşla məmurlar tərəfindən müxtəlif təzyiqlərin edildiyini qeyd edib. A. Quliyev Naxçıvanda müxalifət nümayəndələrinin müxtəlif bəhanələrlə şərlənib həbs edildiyini önə çəkib: “Son qurban isə AXCP fəallı Zeynal Bağırzadə oldu. Zeynal bəy qondarma ittihamlarla həbs edilib. Həbs edildikdən sonra fiziki işgəncələrə məruz qalıb. Zeynal bəy həbsxanada aldığı xəsarətlər üzündən hazırda  xəstəxanada müalicə edilir. Biz Naxçıvandakı özbaşnalıqlara son qoyulmasını, cinayət törədən məmurların cəzalandırılmasını və Zeynal Bağırzadənin dərhal azad edilməsini tələb edirik” Aksiya saat 12:00-da Nərimanov parkında yürüşlə başlayacaq, nümayəndəlik önündə mitinq keçiriləcək.

Əfqan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button