Naxçıvanda jurnalistlər döyüldü

İyulun 15-də Şərurda  “Turan” informasiya agentliyinin əməkdaşı İlqar Nəsibov,  RATİ-nin əməkdaşı Elman Abbasov və Həkimeldostu Mehdiyev polis və mülki geyimli şəxslərin hücumuma məruz qlıb. Jurnalistlər ciddi bədən xəsarətləri alıblar, habelə kameraları əllərindən alınıb. Bu barədə Elman Abbasov məlumat verib.

Qeyd edək ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobil yuma sexinə gələn elektriki kəsdirib. Sonra isə məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Məsələni araşdıqmaq üçün Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gedib: amma özləri də döyülüblər.

Belə ki, H.Mehdiyevə qarşı təzyiq artıq bir neçə gündür ki başlayıb. “Günorta saatlarında icra başçısının müavini Ələddin Məmmədov aralarında Şərur rayon Elektrik İdarəsinin işçiləri də olmaqla bir neçə şəxslə evimə gəldilər. Əvvəlcə qanunsuz elektrik işlətdiyimi bəhanə edərək cərimə yazacaqlarını bildirdilər. Baxış keçirdikdən sonra iddianın əsasız olduğu bilindi. Bəhanə tapa bilmədikdə isə sayğacda plomb olmadığını bəhanə etdilər. Halbuki hadisədən bir saat əvvəl ərizəm əsasında sayğac dəyişdirilmiş və plomblanması üçün mən elektrik idarəsinə müraciət etmişdim. Yeni qoyulan sayğacın göstəricilərini götürən elektrik idarəsinin yığım müdiri sayğacın plomblanması üçün adam göndərəcəyini bildirmişdi. O, deyilənləri  təsdiq də etdi. Cərimə yazmaq üçün əsas olmadığını görən müavin böyük mübahisədən sonra yuyucu sexə gedən elektrikin kəsilməsi üçün göstəriş verdi”,  – deyə H.Mehdiyev deyib.

İcra başçısının müavini Ələddin Məmmədovun onu həbs etdirməklə hədələdiyini, üzərinə hücum etdiyini və bir neçə dəfə onu həbs etdirmək üçün polis çağırıldığını deyən jurnalist H.Mehdiyevdən jurnalist fəaliyyətinə son qoymağı tələb edirlər.

“Bu təzyiqlər mənə peşə fəaliyyətimlə bağlıdır. Ələddin Məmmədov mənə dedi ki, “son zamanlar gah Sədərəkdə çəkiliş aparırsınız, gah Nehrəmə gedirsiniz, gah da buraya xarici jurnalistləri gətirirsiniz. Alman jurnalisti niyə Şərur bazarına gətirmişdin? Mən ona izah etdim ki, bu mənim peşə fəaliyyətimlə bağlıdır. O isə məhəl qoymayaraq avtomobil yuma sexinə gələn elektrik xətlərini kəsdirdi”, – deyə o bildirdi.

Jurnalist əlavə olaraq deyib ki, o, avtomobil yuma sexini işlətmək üçün bütün qanuni sənədlər var. Fiziki şəxs kimi bir ilə yaxındır fəaliyyət göstərir. Qanunla vergiləri də ödəyir. Ona basqıların bir səbəbi də bir neçə gün əvvəl ona məxsus avtomobil yuma sexindən bir neçə yüz metr aralıda Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun da avtomobil yuma sexi açmasıdır.

Aldığımız son məlumata görə, H.Mühdiyevin evinə yenə hücum edilib.

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button