Naxçıvanda şagirdlər arasında daha çox hansı xəstəliklərin yayıldığı açıqlanıb

miopiya

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Uşaq Xəstəxanası tərəfindən şəhər məktəblərində mart ayının əvvəlindən başlanan tibbi müayinələr başa çatdırılıb.

Report.az-ın xəbərinə görə, bu barədə MR-in Səhiyyə Nazirliyindən bildirilib.

Mart ayı ərzində Naxçıvan şəhərinin 20 tam orta məktəbində 10 min 699 şagird tibbi yoxlamadan keçirilib ki, bu da şəhər məktəblilərinin 98 faizini təşkil edir. Müayinələr nəticəsində 1201 oftalmoloji, 288 LOR, 307 nevroloji, 38 cərrahi, 30 dəri-zöhrəvi, 268 endokrinoloji, 1183 stomatoloji, 166 pediatrik və digər xəstəliyə meyilli uşaq qeydə alınıb. Aparılan müayinələr bəzi nəticələr çıxarmağa imkan verib. Belə ki, oftalmoloji müayinələr nəticəsində şagirdlər arasında ən çox miopiya (yaxındangörmə), stomatoloji müayinələrdə ortodentik, digər ixtisasyö- nümlü müayinələrdə bəzişagirdlərdə nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində əyriliklər, revmatizm xəstəlikləri aşkar olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button