Naxçıvanla bağlı xəbər iki il əvvəlin yanlış xəbəridir

Müdafiə Nazirliyi

MN: Naxçıvanla bağlı xəbərin yenidən gündəmə gətirilməsi kimlərinsə maraqlarına xidmət edir

Azərbaycan Müdafiə Nazirliyi bu gün bəzi elektron kütləvi informasiya vasitələrində 2014-cü ilin iyun ayında Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar dərc olunmuş dezinformasiya xarakterli məlumat təkrarən sosial şəbəkələr və elektron mediada yayımlanmasına münasibət bildirib.

Xural.com nazirliyin mətbuat xidmətindən report.az-ın sorğusuna cavab olaraq qeyd edir ki, məlumat təqribən iki il bundan əvvəl verilib və elə o vaxt da dərhal Müdafiə Nazirliyi tərəfindən bu xəbərin dezinformasiya olması bildirilib:

“Bu əsassız xəbərin yenidən gündəmə gətirilməsini kimlərinsə maraqlarına xidmət və təxribata şərait yaratmağa cəhd kimi dəyərləndiririk”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button