Nazarbayev Özbəkistana gedib

1460717287297904927_1000x669

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Özbəkistanda rəsmi səfərdədir.

Özbəkistan Prezidenti İslam Kərimovun Nursultan Nazarbayevlə görüşündə iki ölkə arasında əlaqələrin indiki səviyyəsi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Danışıqlar zamanı ölkələr arasında ticarət-iqtisadi, su-energetika, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin regional və beynəlxalq təhlükəsizliyin qorunması, bu ilin iyun ayında Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi və digər məsələlər müzakirə olunub.

Nursultan Nazarbayev bildirib ki, hər iki ölkə arasında tarixi dostluq əlaqələri mövcuddur və bu əlaqələr müstəqillik illərində daha da inkişaf edib.

Qeyd edilib ki, ki, Özbəkistanla Qazaxıstan arasında iqtisadiyyatın bütün sahələrini əhatə edən möhkəm müqavilə-hüquq bazası yaradılıb və indiyədək 107 dövlətlərarası, hökumətlərarası və nazirliklərarası sənəd imzalanıb. 2015-ci ildə ölkələr arasında mal mübadiləsi 3 milyard dollardan çox olub. Özbəkistanda Qazaxıstan kapitalının iştirakı ilə 206 müəssisə fəaliyyət göstərir(azərtac).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button