Nazim İbrahimovun qardaşı istintaqa çağırıldı

sahib ibrahimov1Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı, iş adamı Məzahir Cəfərovun müəmmalı şəkildə intiharı məsələsi Prokurorluq tərəfindən ciddi araşdırılır.
xural.com xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan AzNews.az-a daxil olan məlumata görə, özünə qəsd edən şəxsin işlədiyi, əlaqədə olduğu, eləcə də yaxın ətrafı işi aparan müstəntiq tərəfindən dindirilir. Bildirilir ki, dindirilən şəxslər sırasında Nazim İbrahimovun qardaşı, Məzahir Cəfərovla uzun illər bir yerdə çalışan Sahib İbrahimov və intihar edən şəxsin şəriki “Galaxy Palace” tikinti şirkətinin rəhbəri İlham Qasımov da var.
İlham Qasımov intihar olayına görə Prokurorluqda dindirilidiyini təsdiq edib. Onun sözlərinə görə, iki gün əvvəl bir neçə saat müstəntiqin yanında olub.
Qeyd edək ki, Məzahir Cəfərovun meyiti ayın 21-i Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb. İntiharın səbəbi hələlik məlum deyil.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button