Nazim Quliyev: “Xəstə olduğum halda məni xəstəxanaya aparmırlar”

Xural.com-a hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı həbsxanasında cəza çəkən “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevin müraciəti daxil olub. Müraciətdə onun xəstəlikdən əziyyət çəkdiyi, ancaq bütün cəhdlərinə baxmayaraq, müalicə olunmaq üçün Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə aparılmadığı qeyd olunur. Əvvəllər səhhətində olan xəstəliklər səbəbilə, müxtəlif zamanlarda müalicəsində problem olmadığını söyləyən N.Quliyev, sonuncu dəfə “28.03.2016-cı il tarixdə, Penitensiar Xidmətin Müalicə Müəssisəsindən müalicəm bitməmiş, yarımçıq girov saxlanıldığım 8 saylı konslagerə fars-major “yatab” edildim” deyə vurğulayır. Qarabağ savaşında döyüşən, başında indiyə qədər qəlpə gəzdirən müharibə veteranı ona bəslənilən bu münasibətin səbəbini bilmir. “8 saylı həbsxananın indiki rəhbərliyi ilə normal münasibətlərim var. Müalicə Müəssisəsi də orada olduğum müddətcə bir şey narazılıq yaratmadı. Mən bilmirəm, mənim normal müalicə olunmağımı kim istəmir? Məni şərləyib 13 il 3 ay həbs etdikləri yetmirmiş kimi, indi də müalicə olunmağımı əngəlləyirlər. Təxminlərimə görə mənim işimi belə “gedər-gəlməzə” salan Penitensiar Xidmətin özünü “bərkgedən oğlan” hesab edən bir səlahiyyətlisidir. Onu axtarıb tapan kimi cəmiyyətə də təqdim edəcəyəm” – deyə xural.com-a müraciət edən N.Quliyev onun sağlamlığına qəsd edən Penitensiar Xidməti bu cür addımlardan çəkinməyə çağırdı.

Məsələylə bağlı PX mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Telefonlarımıza cavab verən kimsəni tapa bilmədik. Onların da cavablarını dərc etməyə hazırıq.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button