Nazir: “Bakı-Tbilisi-Qars layihəsinin tamamlanması üçün heç bir əngəl qalmayıb”

Bakı-Tibilisi-Qars

“Bakı-Tibilisi-Qars” dəmir yolu tarixi “İpək yolu” üzərindəki önəmli mərhələni təşkil edir.

Adıçəkilən dəmir yolunun açılışından sonra Avropa ilə Çinin Qafqaz üzərindən bir-birinə bağlanması kimi çox mühüm bir iş reallaşdırılacaq”.

Bunu apa.az-ın Türkiyə müxbirinin suallarına cavabında bu ölkənin Nəqliyyat, Kommunikasiya və Dənizçilik naziri Binəli Yıldırım bildirib.

Nazirin sözlərinə görə, Bakı-Tibilisi-Qars yalnız Azərbaycan, Türkiyə və Gürcüstanın deyil, eyni zamanda Uzaq Şərqin, Orta Asiyanın və Avropanın müştərək layihəsidir:

“Çünki bu həlqəni tamamlamasaq tarixi “İpək yolu” yarımçıq qalacaq. Layihədə arzulanmayan gecikmələr baş verdi. Ancaq bütün bu gecikmələri geridə qoyacaq tədbirlər gördük. Bu ilin sonunda dəmir yolu istismara veriləcək. Bu dəmir yolu ilə ilkin mərhələdə yük, ardınca sərnişinlər də daşınacaq. Problemlər aradan qaldırılıb və işlərin tamamlanması üçün heç bir əngəl qalmayıb”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button