Nazir məmuruna etibar etmir

“Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rayonlardakı şöbələrinin Dövlət sosial təminat şöbəsinin əlilliyin təyini prosesində bilavasitə iştirakına son qoyulub”.

Xural.com report.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, həmin şöbələrdə yalnız əhalinin müraciətlərində yer alan informasiyaların, əhalinin şəraitinin yerində yoxlanılması funksiyası qalır:

“Nazirlik 6 səyyar qrup yaradıb ki, onların hər birində 3-4 nəfər var. Həmin qruplar yerlərə ezam edilib. Onlar yerlərdə olan işlərə baxıb, müvafiq qərarın qəbul edilməsini təmin edəcəklər”.

İnzibati yolla bu sahədəki neqativ halların aradan qaldırılmasının mümkün olmadığını deyən nazir bildirib ki, ən şəffaf yol sosial işçinin vətəndaşla birbaşa əlaqəsinin qarşısının alınmasıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button