Nazir müavini: “Süpürgəçi axır qəpiyinədək vergi ödəyir, ayda 10 toya gedən müğənni bunu etmir”

Vergilər nazirinin müavini Sahib Ələkbərov

Azərbaycanda vergi sahəsində ən böyük problem vergi mədəniyyətinin olmamasıdır.

“APA-Economics” xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən “Açıq qapı günü” çərçivəsində Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, ölkədə hələ də vergi vərdişi formalaşmayıb:

“Bütün sahələrdə vergidən yayınma var. Neft sahəsi şəffaf sahədir, orada demək olar ki, vergidən yayınma yoxdur. Ticarət, ictimai iaşə, tikinti sahəsində vergidən yayınma halları çoxdur. Bizim hesablamalarımıza görə, bu sahələrdə yayınma faizlə yox, dəfələrlə çoxdur. Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyir. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?! Aparılan maarifləndirmə işlərindən sonra ötən ilin dekabrında şou-biznes nümayəndələri tərəfindən ödənilən verginin ümumi məbləği dəfələrlə artıb. Bu ilin birinci rübündə də bu sahədə artım var”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button