Nazir “son zəng”i qəhrəman müəllimin məktəbində keçirəcək

Mikayıl CabbarovTəhsil naziri Mikayıl Cabbarov bu gün “Son zəng” tədbirində iştirak etmək üçün Sabirabaddakı məktəblərdən birində olacaq.

xural.com “Report”a istinadən xəbər verir ki, bu haqda nazirliyin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, M.Cabbarov şagirdini xilas edib, özü Kürdə batan qəhrəman müəllim Əhliman Hüseynovun vaxtilə işlədiyi Sabirabad şəhəri 5 saylı orta məktəbdəki “Son zəng” tədbirində iştirak edəcək.
Xatırladaq ki, hadisə ötən ilin dekabr ayında baş verib. Sabirabadın Cavad kənd sakini, 5 saylı şəhər orta məktəbində müəllim işləyən 58 yaşlı Əhliman Hüseynovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil qəza nəticəsində körpüdən çaya düşmüşdü. O maşındakı şagirdi 9 yaşlı Güldəstənin həyatını xilas edən zaman çayda boğulmuşdu.
Qeyd edək ki, Təhsil Nazirliyi Ə.Hüseynovun qəhrəmanlığını yüksək qiymətləndirib və qurumun maliyyə dəstəyi ilə onun ailəsinə ev tikilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button