Nazirin İlhamə Quliyevanı “şəhid” adlandırmasına reaksiya

ebulfez qarayev

Mədəniyyət və Turizm Nazirliyi nazir Əbülfəs Qarayevin İlhamə Quliyevanın vida mərasimindəki çıxışına aydınlıq gətirib

Xural.com apa.az-a istinadən xəbər verir ki, Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov fevralın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın Xalq artisti mərhum İlhamə Quliyeva ilə vida mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin onu “şəhid” adlandırmasına aydınlıq gətirib. V.Şixəmmədov bildirib ki, nazir Azərbaycan xalqının ağır faciəsi olan Xocalı soyqırımı haqqında danışaraq şəhidlərimizə Allahdan rəhmət diləyib.
Nazir bildirib ki, İlhamə Quliyeva Azərbaycanı, onun müstəqilliyini sevən, onu hər yerdə təbliğ edən bir incəsənət xadimi idi. Təəssüf edirik ki, sensasiya xətrinə bəzi kütləvi informasiya vasitələrində nazir tərəfindən səsləndirilən fikirlər ümumi kontekstdən çıxarılaraq başqa mənaya yönəldilib. Xocalı faciəsi zamani Vətən uğrunda canlarından keçən, erməni vandallarının soyqırımına məruz qalaraq ən uca zirvəyə, yəni şəhidlik zirvəsinə ucalan şəhidlərimizə və bu gündə son mənzilə yola salınan sənətkar İlhamə  Quliyevaya Allahdan rəhmət diləyirik. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəsliyini bir daha hörmətlə anırıq”,  – deyə Vüqar Şıxəmmədov qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button