Nazirlik: Şamaxıdakı magistral yolda sürüşmə sabitləşməyib

road_repair_020915_01

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti fevralın 27-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində baş vermiş çökmənin aradan qaldırılmasına başlayıb.

Xural.com trend.az-a istinadən xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu gün “Azəryolservis” ASC tərəfindən yolda sürüşmənin fəsadlarının və qarşısının alınması istiqamətində işlərə başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov apa.az-a deyib ki, sürüşmə hələ tam sabitləşməyib.

Ə.Qaralov qeyd edib ki, hazırda yola ağır tonnajlı avtomobillər buraxılmır:

“Aidiyyəti qurumlar tərəfindən ərazidə iş aparılır. Yenidən torpaq tökülüb, ərazidə bərkitmə işləri aparılmalıdır. Ümumiyyətlə, Muğanlı, Muğanlı-İsmayıllı avtomobil yolu, Şərədil kəndi sürüşməyə meylli ərazilərdir. Orada daima sürüşmə baş verir”.

Qeyd edək ki, fevralın 27-də Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımına yaxın ərazisində, Şamaxının Şərədil kəndi ərazisindən keçən hissəsində torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi zamanı yolun bir hərəkət zolağı tamamilə dağılaraq yararsız hala düşüb. Yolun digər hərəkət zolağında da böyük çatlar və çöküntü əmələ gəldiyi üçün nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button