“Neftçi”nin sabiq futbolçusu meydançada öldü

Malayziya çempionatında ölüm hadisəsi baş verib. xural.com apa-ya istinadən xəbər verir ki, “T-Team” klubunda çıxış edən nigeriyalı müdafiəçi David Oniya “Keltan”la qarşılaşma zamanı meydançada vəfat edib.

Matçın 3-cü dəqiqəsində huşunu itirərək yerə yıxılan müdafiəçi tez xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.   Xatırladaq ki, 30 yaşlı futbolçu bir müddət Azərbaycan çempionatında da çıxış edib.

O, 2004-2007-ci illər arasında “Neftçi” klubunda meydana çıxdığı 74 oyunda 2 qol vurmuşdu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button