Neftin qiyməti maksimumda

neftNyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,52 dollar artaraq 61,92 dollar təşkil edib.

“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,56 dollar artaraq 69,08 dollar olub.

Bununla da, Brent markalı neftin qiyməti illik maksimumu yeniləyib. Qeyd edək ki, ötən ilin dekabr ayından bu günə qədər Brent neftin qiyməti 66 dollar həddini aşa bilməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button