Neftin şok qiyməti : 7 DOLLARDAN SATILACAQ

Neftin bir barelinin qiyməti tezliklə 10-20, daha sonra 6-7 dollara satıla bilər. xural.com faktxeber.com-a istinadən xəbər verir ki, bu proqnozla böyük amerikalı investor Devid Коток çıxış edir. Eyni proqnozu Bloomberg  CNN də edib.
Səbəb odur ki, qiymətlərin aşağı enməsi fonunda nefti ixrac edən ölkələr itkilərinin kompensasiya məqsədi ilə qara qızılın satışını artırır.
Amerikalı ekspertlərin fikrincə, yaxın gələcəkdə neft “quyudan çıxarıb tankerə doldurmaq” qiymətinə satıla bilər.
 OPEK-in kvota sistemi faktiki olaraq dağıldı, bazarın isə idarə olunması artıq qeyri-mümkündür. Təbii ki, süqutundan sonra qiymətlərin xeyli artımı gözlənilsə də, analitiklərin fikrincə yaxın gələcəkdə belə bir perspektivi gözləməyə dəyməz.
Qeyd edək ki, bu gün Londonda keçirilən hərraclarda Brent markalı neftin bir bareli 46,37 dollara satılır.
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button