”Neftlə bərabər əhali də çökür” – VİDEO/FOTO

get_img

“Neft ucuzlaşır, iqtisadiyyat çökür, iqtisadiyyatla bərabər əhali də çökür. Bu, hər kəsin süfrəsində özünü göstərir”.

Bu sözləri açar ustası İsrafil kişi deyir.

Vəziyyətlə əlaqədar qənaət sisteminə keçdiyini söyləyən usta uşaqların bunu hiss etməməsi üçün əlindən gələni etdiyini söyləyir:

“Evin qibləsi mənəm. Büdcəni də mən idarə edirəm. Pul olmasa belə, evin ağsaqqalı mənəm. Bizdə heç vaxt pula görə hörmət qoyulmayıb”.

Ötən əsrin 90-cı illərindən açar ustası işləyən İsrafil heç nədən siğortalanmadığını deyir: “Biz nədən siğortalanmışıq? Bir ildən, bir aydan, gündən, bir saniyədən sonra ölkənin, millətin başına nə gələcəyini, nə olacağını bilmirik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button