Nemət Pənahlı polislər tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparıldı

nemət pənahli

Nemət Pənahlı polislər tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparıldı

AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında keçirilən hazırlanmış aksiyada iştirak edən gənclərin söyüşlər söyməsi, ədəbsiz təhqirlərə yol verməsi həmin binada yaşayan Milli Azadlıq Hərəkatının lideri Nemət Pənahlını haqlı olaraq qəzəbləndirib və o gənclərə onlarla ailənin yaşadığı binanın qarşısında təhqiramiz ifadələr işlətmələrinin doğru olmadığını deyib.

aksiya eli

N.Pənahlının xanımı Həcər Pənahlının xural.com-a verdiyi məlumata görə, bundan sonra gənclərlə N.Pənahlı arasında yaranan mübahisə, sonunda onun polis tərəfindən saxlanılaraq, Polis İdarəsinə aparılmasına səbəb olub. Hadisənin şahidi olan N.Pənahlının bacısı oğlu ayaqyalın həyətə qaçıb. Bu zaman polislər onu da saxlayaraq, polis maşınına mindirib naməlum istiqamətə aparıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button