Nemət Pənahlı yenə həbsdə qaldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Milli Dövlətçilik Partiyasının həbsdə olan sədri Nemət Pənahlı və onun dostu Ceyhun Fərzullayevin barəsində Nəsimi rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə onların hüquqlarını vəkillər Samir İsayev və Elçin Əliyev müdafiə edib. İclasda MDP-nın sədri son sözlə çıxış edib. Nemət Pənahlı çıxışında bir daha özünü təqsirli bilmədiyini deyib. Hakimlərdən onlara verilmiş siyasi sifarişin tez bir zamanda yerinə yetirilməsini istəyib.

Daha sonra Ceyhun Fərzullayev son söz deyib. Məhkəmədən bəraət istəyib. Bundan sonra hakim müşavirəyə gedib. Müşavirədən qayıdandan sonra Əflatun Qasımov birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, yanvarın 8-də Nemət Pənahlı öz dostu Ceyhun Fərzullayev ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli qərarı ilə Milli Dövlətçilik Partiyasını sədri Nemət Pənahlı 6 il, onunla birgə tutulan Ceyhun Fərzullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

2011 Dekabr 01

“CONTACT”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button