NEMƏT PƏNAHLININ ANASI XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

24.01.2012

Məhbus siyasətçi Nemət Pənahlının anası Sara Pənahlı yanvarın 22-də bronxopnevmoniya diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Məlumatı “Media forum” saytına Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı verib.

Həcər Pənahlı deyib ki, 20 gündən çoxdur evin elektrik enerjisi kəsilib: “Sara xanımın xəstəliyinə səbəb də soyuq ev şəraiti oldu. Bu, qisasçılıqdır. Yanvarın 13-də Nemət Pənahlının atası dünyasını dəyişdi. İndi anasının durumu ağırdır. Yəqin ki, bir azdan sıra bizim övladlarımıza gələcək. Düşmənçilikdir. Evimizin işığını kəsiblər, adını da qoyublar Nemət Pənahlının 2005-ci ildən min yüz manat borcu var. Müraciət etmədiyim yer qalmayıb. Amma faydası yoxdur”.

Xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

“Media forum”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button