Nizami Qocayevin vəzifəsi dəyişdirildi

Nizami Qocayev

Bu gün İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən Nizami Qocayev Gəncə şəhər Məhkəmə Qərarlarının İcrası İdarəsinin rəisi təyin edilib.

Xural.com apa.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə anadan olub.  O, vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olunub. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button