Nümunəvi Komitə yenə mənfilər arasında…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə dövlət komitələri ilə analiz işini yekunlaşdırıb.

2016-cı ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 9101 xəbər yerləşdirilib. Bunlardan 275-i mənfi, 567-si müsbət və 8259-u isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (65 xəbər – rüşvət qalmaqalı), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (60 xəbər – gömrük məmurlarının özbaşınalıqları), Diasporla İş üzrə Dövlət Komitəsi (55 xəbər – ləğv olunması iddiası). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi isə müsbət xəbərlər arasında (544 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) isə müsbət xəbərlər arasında liderdir.

Xəbər sayına görə sıralama:

  1. Dövlət Gömrük Komitəsi                                                        2477 xəbər
  2. Dövlət Statistika Komitəsi                                                       1536 xəbər
  3. Əmlak Məsələləri Dövlət Komitəsi                                          1055 xəbər
  4. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi            1028 xəbər
  5. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi                                  898 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 808 xəbər dərc edilib. Bu xəbərlərdən 746-sı neytral, 42-si müsbət, 20-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (6 xəbər – rüşvət qalmaqalı), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (5 xəbər – gömrük məmurlarının özbaşınalıqları) və Diasporla İş üzrə Dövlət Komitəsi (4 xəbər – ləğv olunması iddiası). Müsbət xəbərlər isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (37 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) və Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (5 xəbər – komitənin qida laboratoriyasının yaxşı nəticə göstərməsi) məxsusdur.

Xəbər sayına görə sıralama:

  1. Dövlət Gömrük Komitəsi                                                        199 xəbər
  2. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi                                  114 xəbər
  3. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi            100 xəbər
  4. Dövlət Statistika Komitəsi                                                       92 xəbər
  5. Əmlak Məsələləri Dövlət Komitəsi                                          75 xəbər

Mart ayında televiziya kanallarında komitələr haqqında 331 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

  1. Dövlət Gömrük Komitəsi 100 xəbər
  2. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi   49 xəbər
  3. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi   46 xəbər
  4. Əmlak Məsələləri Dövlət Komitəsi                          27 xəbər
  5. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi   27 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button