“Nur inşaat”MMC dünya çempionuna qarşı təzyiqləri davam etdirir

Vüqar Namazov

Azərbaycanın tanınmış idmançısı, ağırlıqqaldırmanın pauerliftinq növü üzrə dəfələrlə Avropa və dünya çempionu, dünya rekordçusu Vüqar Namazov xural.com-a müraciət edərək, ona qarşı edilən təzyiqlərlə bağlı şikayət məktubu ünvanlayıb. Məktubda deyilir:

“Naliyyətlərim  ölkə rəhbərliyi səviyyəsində layiqincə qiymətləndirlilib. Prezident İlham Əliyev məni mənzillə və fəxri adlarla mükafatlandırıb. Mən idman sahəsində qazandığım bilik və təcürbəmi gələcək nəsillərə ötürmək üçün bir neçə yaxın idmançı dostlarımla, həyat yoldaşımın təşəbüsü ilə yeni dünya standartlarna uyğun fitness zalı açmaq qərarına gəldik. Bu məqsədlə “Nur inşaat”MMC ilə razılaşıb onlardan 1000 kvadrat metirlik yer icarəyə götürüb, təmirə başladıq. 08.10.2015 ci ildə həyat yoldaşım Namazova Sehranənin adına Daşımaz əmlakın icarə müqaviləsini imzaladıq.Təmir üçün həyat yoldaşım bankdan öz adına və atasını adına kreditlər götürdü.Mənə mükafat kimi verilən evi, maşınımı satıb, təmir və avadanlıqa aldıq. 1200000(bir milyon iki yüz min)xərcimiz çıxdı.

Fitness klub qısa müddətdə – biz planlaşdırdığımızdandan  da çox müştəri cəlb elədi. “İlin fitness klubu” seçildi. Bizim bu naliyyətlərimiz “Nur inşaat”MMC  tərəfindən maneələrlə qarşılandı. Əvvələr pik vaxtı elektrik enerjisinin və suyun kəsilməsini texniki problem kimi başa düşsək də, sonralar bu kəsilmələr davamlı hal almağa başladı. 17.02.2016-cı il tarixindən isə bizə heç bir xəbardarlıq edilmədən işin ən pik saatında elektrik enerjisinin verilməsi tam dayandırıldı. Ona görə bu dəfə “Nur inşaat”MMC şirkətinin əməllərindən bir nömrəli Bakı İnzibati İqtisad məhkəməsinə müraciət etdim. Məhkəmə bizim xeyrimizə qərardat qəbul etdi. Ancaq icarəyə verən qərardatın icrasına suni maneələr yaratdı. Uzun sürən danışıqlardan sonra 22.02.2016 cı ildə elektrik enerjisi bərpa olunsa da, müntəzəm olaraq şəbəkədə elektik enerjisi günü-gündən azalmaqa başladı. Paralel olaraq VİTR fitnessin su təchizatında da problemlər müşahidə olundu. Yaramış vəziyyəti aradan qaldırmaq üçün, biz öz tərəfimizdən “Azərişıq ” və “Azərsu” ya müraciətlər etdik. ” Nur inşaat ” MMC dən xahiş etdik ki, VİTR fitnessin ayrıca elektrik enerjisi və su xətti alması üçün tələb olunan sənədlərlə bizi təmin etsin. Lakin  icarəyə verən burada da bizə manelər yatmağa başladı. Belə məlum oldu ki, şirkətin əmlakı, möhürü və fəaliyyətinə 2012 ci ildən həbs qoyulub.

Şəxsən mənə qarşı “Nur inşaat “MMC nin rəhbəri Rüstəm Abdullayev tərəfindən çox ciddi maneələr yaradıldı.

Bu gün də min bir əziyyətlə qurduğumuz klubun ona təhvil verib, getməyimiz tələb olnur.

Xatırladım ki, binaya qoyulan həbsin motivləri yenidən mənə və yaxınlarıma qarşı işlədilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button