“Nurana gözəl konsert verəcəm…” – VİDEO

royaAlmaniyada “Uniklinika”da yenidən müalicəyə başlayan teleaparıcı hacı Nuran Hüseynov ziyarətinə gedən müğənni Röya Ayxan paylaşdığı videoda belə deyib: 

“Bu yay müalicə aldığı üçün mənim tədbirimə gələ bilmədi. Gələn il hacı Nurana gözəl konsert verəcəm. Lazım gəlsə, evimi, maşınımı, ayaqqabılarımı da satacam ki, o bahalı gecəni edim. Təki hacı Nuran sağalıb, Bakıya qayıtsın”.

xural.com axsham.az-a istinadən bildirir ki, Nuran bir neçə gün əvvəl öz FB səhifəsində səhhətinin daha da pisləşdiyini yazmışdı:

“Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım”.

Xatırladaq ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Ötən ay Almaniyaya müayinəyə gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button