Obama Ərdoğana zəng etdi: 1 saat 20 dəqiqə çəkən danışığın detalları açıqlandı

erdoganobama670

ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Coş Ernest məlumat verib. C.Ernestin sözlərinə görə, Obama Ankara terrorunda həyatını itirənlərə görə başsağlığı verib, yaralılara şəfa diləyib.

Türkiyə mediası isə xəbər verir ki, 1 saat 20 dəqiqə davam edən telefon danışığında Trükiyədəki terror, Rusiyanın Suriyadakı əməlləri, PKK, YPG-nin həm Suriya, həm də Türkiyədəki terror aktları geniş müzakirə olunub.

Eyni zamanda, YPG-nin Suriyadakı sürətli irəliləyişinin “qayğıverci olduğu”nu xüsusi vurğulayıb. Obama bildirib ki, Türkiyənin özünüqoruma haqqı var və buna hörmətlə yanaşırlar və terrora, Türkiyəyə qarşı hər cür təhdidə qarşı hər vasitəylə müttəfiqlərinin yanındadırlar:

“Bizim eyni zamanda ortaq hədəfimiz İŞİD-dir və biz bu hədəfimizdən bir anlıq da olsa, yayınmamalıyıq”. 

Məlumata görə, hər iki lider Suriyadakı durumu geniş müzakirə edərək, ortaq nöqtəyə varıblar. Hələlik danışıqların bəzi detalları açıqlanmasa da, Ərdoğanın YPG məsələsində Obamadan israrla tərəf müəyyənləşdirmələrini istədiyi də iddia olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button