Obama saç boyatmağı ayıb bilir
Obama saçını boyatmadığını bildirib
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Barak Obama Kambocalı şagirdlərin suallarını cavablandırıb.
ABŞ prezidenti şagirdlərə “Əvvəlcə siz gənclər mənə yaşlı deməyinizi istəmirəm. Mən saçımı boyamıram. Amma bir çox lider saçını boyayır. Bu liderlərin km olduğunu söyləməyəcəm. Amma bərbərləri onların kim olduqlarını yaxşı bilir” – deyib.
2009-cu ildə Ağ Evə gələndə saçları qara olan 54 yaşlı prezidentin saçlarının hazırda bir çox hissəsi ağarıb.
Bəzi liderlər saçlarını boyadığını gizlətdiyi üçün Obamanın saçlarındakı ağlar Amerika mətbuatında zaman-zaman müzakirə mövzusu olur.