“Obamanı öldürmək konstitisiya borcumuzdur”-Bir ABŞ vətəndaşı bu iddasina görə 3 il həbsə atıldı

Obama%E2%80%99y%C4%B1+%C3%B6l%C3%BCmle+tehdit+eden+ki%C5%9Finin+cezas%C4%B1+belli+oldu

ABŞ-da 55 yaşında bir adam Barak Obamanı şifahi və sosial media hesabı üzərindən ölümlə təhdid etdiyi üçün federal məhkəmə tərəfindən 3 il həbs cəzasına məhkum edilib.

Bu xəbəri ABŞ Prokurorluğu yayıb.

Məlumata görə, müttəhim Bryan Daçer ötən ilin iyul ayında prezidentin təhlükəsizlik məmurlarından birinə mitinqdə çıxış etməyə hazırlanan Obamanı öldürmək istədiyini bildirərək deyib:”O qəsbkar buradadır. Fürsət tapsam, onu ​​vuracağam.”

Daçer bu təhdid mesajından bir gün əvvəl də facebook hesabından təhdid dolu status paylaşıb: “Zaman yetişdi. Cümə axşamı günü La Crossda olacağam. Ümid edirəm ki, prezident kimi davranan həmin adamı dəqiq şəkildə vurar biləcəyəm. Onu öldürmək bizim konstitusiya borcumuzdur”-Bryan Daçerın statusunda belə yazılıbmış.

Qeyd edək ki, Daçer Obamanı ölümlə təhdid etdiyinə görə cəzalandırılan ilk ABŞ vətəndaşı deyil. 2013-cü ildə 2013-ci ildə floridalı Kristofer Kastillo adlı vətəndaş da facebook üzərindən Obamanı “ölümlə təhdid etməsi” ittihamıyla 15 ay həbs cəzasına layiq görülmüşdü. Məhkəmə zamanı Kastilla zarafat etdiyi desə də, məhkəmə onun “göz yaşlarına” inanmamışdı.

Eyni suçu işləyən Daçer Kastilladan 1 il 9 ay artıq azadlıqdan məhrum edilib. Prokurorluq bunun səbəbini onun öz təhdidini həm yazılı, həm də şifai şəkildə etməsiylə əsaslandırıb.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button