Offşor cinayətləri:Baş nazir istefa verdi

Offşor qalmaqalında adı keçən İslandiya Baş naziri David Qyunnleyqsson istefa verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Baş nazir prezidentə ölkə parlamentini buraxmaqla bağlı müraciət də göndərib. Lakin prezident razılıq verməyərək bu məsələni siyasi partiyalarla müzakirə etməli olduğunu bildirib.

Xatırladaq ki, dünən açıqlanan «Panama sənədləri»nə görə, offşor zonada fəaliyyət göstərən «Wintris» şirkəti baş nazirin xanımı Anna Siqurlaunun adınadır.

Bu gün İslandiya baş nazirin istefası tələbilə nəhəng mitinq keçirilmişdi. Minlərlə etirazçı offşor qalmaqalında adı hallanan Qyunnleyqssonun baş nazir postunu tutmağa haqqının olmadığını bəyan etmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button