Ofisiantlar kütləvi dava törətdilər

ofisiant

04.05.2015
 Dənizkənarı Bulvarda yerləşən restoranlardan birində ofisiantlar arasında kütləvi dava baş verib.
 
XuralTAC xəbər verir ki, davaya səbəb ofisiantların əcnəbi müştərini bölüşdürə bilməmələri olub.
Ofisiantlar arasında mübahisə yarandıqdan sonra onlar restorandan kənara çıxaraq, mübahisəni davaya çeviriblər.
Əl-qol savaşına qoşulan ofisiantlar istirahətə gələn şəhər sakinlərinin gözü qarşısında bir-birini ağır söyüşlərlə təhqir etmək də çəkinməyiblər. Hadisənin baş verdiyi yerə polis əməkdaşları gələrək, lazımı ölçü götürüblər.
Faktla bağlı Səbail RPİ-nin 39-cu polis şöbəsində istintaqa başlanılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button