Oğlunu xilas etdi, özünü isə lift əzdi

e08f227614b20d27cddcd9ce35fba298

Mayın 24-də axşam saat 20:00 radələrində Bakının Səbayıl rayonunun Bayıl qəsəbəsində bədbəxt hadisə baş verib.

İ.Məmmədov 2A ünvanında yerləşən yaşayış binasında Azer-Turk bankının 40 yaşlı əməkdaşı E. Mustafayev və onun azyaşlı oğlu liftdə yaranan nasazlıq səbəbindən liftdə qalıblar.

Verilən məlumatlara görə, E. Mustafayev liftdən çıxmağa yollar axtarıb və qapıları aralayıb. Oğlu liftdən çıxmağa nail olsa da, E. Mustafayev liftdən çıxmaq istədikdə lift işə düşərək yuxarı qalxmağa başlayıb. Nəticədə o ölümcül şəkildə əzilib və həyatını itirib.

Qeyd edək ki, E.Mustafayev əvvəllər “Kapital” bankın təhlükəsizlik departamentində çalışıb. Kolleqalarının bildirdiyinə görə, o çox şən və həyatı sevən bir şəxs idi.

Bakıda bank əməkdaşı faciəvi şəkildə həlak oldu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button