Xural.com xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Musavat.com-a bildirilib ki, qəzanı törətmiş şəxsin, eləcə də onun atası, iş adamı Füzuli Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla heç bir qohumluq əlaqəsi yoxdur. Yəni soyadlar eyni olsa da, qeyd olunan şəxslərin nəinki qohumluq, tanışlıqları da yoxdur.

Musavat.com onu da öyrənib ki, avto-qatilin atası Füzuli Fərəcov əslən Naxçıvandandır. Zakir Fərəcov isə kökəncə Laçındandır və onun Füzuli adlı qardaşı yoxdur. Füzuli Fərəcov bir vaxtlar qara metal alveri ilə məşğul olub və ciddi sərvət qazanıb. Bəzi media quruluşlarındakı dostlarımız iddia edirlər ki, onun guya Zakir Fərəcovun qardaşı olması barədə məlumatları mətbuata Füzulu Fərəcov özü ötürür. Bununla da özünün guya hakimiyyətdə ciddi arxa-dayağının olması təəssüratını yaradır.

Mətbuatda guya “Kalyon” restoranının və başqa adları çəkilən obyektlərin Füzuli Fərəcova məxsus olması iddiası da yalandır.