Oğurlandığı deyilən şairin səsi Kürdəxanıdan gəldi

tofiq-satirik-sair

Satirik şair Tofiq Həsənli Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. Oktyabrın 13-də naməlum şəxslər tərəfindən aparılan şairin təcridxanada olması haqda ailəsinə polis əməkdaşları bir gün öncə məlumat veriblər. Bu barədə onun qardaşı Faiq Həsənov “Azadlıq” radiosuna deyib:

«Evə zəng vurub deyiblər ki, dəyişək gətirin. Bir də deyiblər ki, haqqında 3, ya 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəməyə kimi də orda qalacaq. Başqa heç nə deyilməyib, heç nə. Bizə ancaq oradan-burdan xəbər gəlir ki, guya üstündə narkotiklə saxlayıblar və 20 min manat da pul olub. Kasıb adamıq biz, haradandır qardaşımda o qədər pul?».

Faiq Həsənov deyir ki, qardaşının yanına oktyabrın 18-də gedəcək və yalnız bundan sonra ətraflı danışa biləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button