Oğuz rayon Polis Şöbəsinin rəisi Şəmkirə dəyişdirildi

Ramil Usubov04.05.2015
Şəmkir rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.
XuralTAC DİN-nə istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Cəmil Əmirov təyinat alıb.
Cəmil Əmirov bundan əvvəl Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Daxili işlər nazirinin digər əmri ilə Şəmkir rayon Polis İdarəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.
Mətbuatın yaydığı məlumatlara görə, O

ğuz Rayon Polis Şöbəsinə rəis təyin ediləndən sonra Cəmil Əmirov vəzifəsinin icrasına başlar-başlamaz rayonun meşələrini qıran şəxslərə qarşı cəza tədbirləri görüb. Oğuz meşələrində ağac qıranlara məxsus texnikalar Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İcra hakiminın digər “biznes” sahələrinə əl qoyan polis İdarəsinin rəisi ilə icra başçısı Eyvaz Qurbanov arasında ciddi narazılıqlar yaranmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button